Haqqımızda Reklam
19 
Okt
2019
18:38
2
3
461

Baş nazir: "Gürcüstanın Avroatlantik inteqrasiyası kiməsə qarşı yönəlməyib"

"Gürcüstanın Avroatlantik inteqrasiyası kiməsə qarşı yönəlməyib". 24News.ge xəbər verir ki, bu fikirləri Baş nazir Giorgi Qaxaria rusiyalı həmkarı Dmitri Medvedevin son bəyanatına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, ölkənin Avroatlantik inteqrasiyası Gürcüstan vətəndaşlarının rifahına yönəlib və heç kəsə təhdid yaratmır. D.Medvedev Serbiyanın “Veçernie novosti” nəşrinə müsahibəsində NATO-ya daxili münaqişələri olan ölkələrin qəbul edilməsi cəhdlərini təhlükəli adlandırıb. O deyib ki, Rusiya nüvə ölkəsidir və NATO-ya onun əhatəsində bazaların yerləşdirilməsinə siyasi və hərbi cavab verəcək. G.Qaxaria Rusiya rəsmilərinin bu cür bəyanatları ilk dəfə səsləndirmədiklərini qeyd edib: “Bizim Avroatlantik inteqrasiyamız heç bir halda kiməsə qarşı deyil, yalnız və yalnız ölkəmizin rifahına istiqamətlənib”.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989