Haqqımızda Reklam
18 
Okt
2019
18:41
3
1
429

Müxalif lider: "Siyasi ləyaqətə sahib olsaydı, bu qədər qalmaqaldan sonra namizədliyini geri götürmüş olardı"

"Şalva Tadumadze (Baş prokuror) siyasi ləyaqətə sahib olsaydı, bu qədər qalmaqaldan sonra namizədliyini geri götürmüş olardı" 24News.ge xəbər verir ki, bunu müxalif "Avropalı Gürcüstan" partiyasının liderlərindən biri olan Qİqa Bokeria jurnalistin Baş Prokuror, Gürcüstan Ali Məhkəməsinin hakimi namizədi Şalva Tadumadzenin diplomunun həqiqiliyini barədə sualını cavablayarkən deyib. Müxalif liderin sözlərinə görə, diplom qalmaqalından sonra Ş.Tadumadzenin hakim vəzifəsinə təsdiqlənməsi parlament çoxunluğuna baha başa gələcək. "Bu mərhələdə istintaqın əsas istiqaməti siyasi qərar verməkdir. Əgər onun özü siyasi ləyaqətə sahib olsaydı, bu qədər qalmaqaldan sonra namizədliyini geri götürmüş olardı. İndi onun hakim vəzifəsinə təsdiqlənməsi və bu cür siyasi laqeydlik göstərərsə parlament çoxluğuna baha başa gələcək. Əlbəttə ki, istintaq üçün hər cür səbəb var, amma mənim üçün indiki mərhələdə Ali Məhkəməni bu növdən xilas etmək daha mühimdir",-deyə Q.Bokeria qeyd edib Qeyd edək ki, Şalva Tadumadzenin diplomunun həqiqi olmadığı barədə müxtəlif iddialar çıxıb ortaya.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989