Haqqımızda Reklam
10 
Okt
2019
19:31
0
5
544

Terrorçular Türkiyəyə hücum etdi: ölən və yaralananlar var

Suriyada YPG-PKK terror qruplaşmalarının nəzarətindəki ərazilərdən Türkiyənin Şanlıurfa və Mardin bölgələrinə minaatan mərmiləri ilə zərbə endirilib. 24News.ge'nin Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, mərmilərdən bəziləri Şanlıurfanın Ağcaqala, Birecik, Ceylanpınar, Mardinin Nusaybin ilçələrinə düşüb. Hücum zamanı 17 dinc sakin yaralanıb. “Sülh çeşməsi” əməliyyatı ilə əlaqədar Şanlıurfanın sərhəd bölgələrində məktəblərdə iki günlük tətil elan edilib. Türkiyə mətbuatının məlumatına görə, Şanlıurfanın Ağcaqala ilçəsinə edilən hücum nəticəsində 1-i uşaq olmaqla, 3 nəfər həlak olub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989