Haqqımızda Reklam
10 
Okt
2019
14:29
4
4
1759

Marneulinin mərkəzində baş verən qorxunc silahlı insident (FOTO/VİDEO)

Bu gün Marneulinin mərkəzində təxminən saat 13:00 radələrində silahlı insident baş verib. 24News.ge'nin xəbərinə görə, silahlı insident Marneuli rayonunun Rustaveli küçəsində yerləşən poçtun yanındaki çayxanada qeydə alınıb. Hadisə yerindən əldə olunan məlumata görə, bir neçə nəfər çayxanadaki masaların birində əyləşərək söhbət edirmiş qəfildən arxadan gələn şəxs odlu silahdan atəş açaraq, iki nəfərin ayaqından yaralayıb. Güllə yarası alan şəxslərdən biri təcili tibbi yardım ilə Geohospital xəstənaxasına yerləşdirilib digəri isə hadisə yerindən özü uzaqlaşaraq sonra yenidən həmin xəstəxanaya yerləşdirilib. Baş verən xoşa gəlməz hadisənin təfərrüatı hələlik məlum deyil. Şahidlərin bildirdiyinə görə, hadisəni törədən şəxs qaçıb. Hadisə yerinə çox sayda kriminal polis və patrul polis cəlb olunub. Hadisəni törədənlərin saxlanılması istiqamətində tədbirlər həyata keçirilir. Daxili İşlər Nazirliyindən 24News.ge xəbər portalına verilən məlumatda bildirilib ki, faktla bağlı Cinayyət Məcəlləsinin 118-ci maddəsinin 1.1.8 bəndi ilə istintaq başlayıb. Sözü gedən maddə, 'sağlamlığa az ağır ziyan vurma olduğu bildirilib'.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989