Haqqımızda Reklam
10 
Okt
2019
15:33
3
0
955

Salome Zurabişvili baş nazirin Azərbaycana səfərinin yekunları ilə bağlı açıqlama edib

Prezident Salome Zurabişvili baş nazir Giorgi Qaxarianın Azərbaycana səfərinin yekunlarını alqışlayıb. 24News.ge xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb. Bildirilib ki, David Qareci (Keşikçi dağ) kompleksindəki məbədlərin Gürcüstan ictimaiyyəti üçün açılması Azərbaycanla sərhəd məsələsində irəliyə doğru atılan növbəti addımdır. S.Zurabişvili qeyd edib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır: “Əminəm ki, birgə səylər nəticəsində tərəflər iki dost ölkənin maraqlarına cavab verən çıxış yolunu mütləq tapacaqlar”. Qeyd edək ki, Baş nazir Keşikçi Dağı Məbəd-Kompleksindəki məbədlərin gürcü zəvvarlar üçün sabahdan etibarən açılacağını bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989