Haqqımızda Reklam
10 
Okt
2019
15:30
1
1
462

Gürcüstan aeroportlarında sərnişin daşımaları artıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Gürcüstanın hava limanlarından istifadə edən sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,4% artaraq 4 139 955 nəfərə çatıb. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstan Mülki Aviasiya Agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, iyulun 8-də Gürcüstan və Rusiya arasında hava nəqliyyatının kəsilməsi səbəbindən bu göstərici həmin dövr üçün müəyyənləşdirilən proqnozdan 9-10% az olub. Belə ki, Agentlik artım tempini 14-15% səviyyəsində olacağını proqnozlaşdırırdı. Hesabat dövründə Tbilisi Beynəlxalq Aeroportu 2 971 398 sərnişinə, Batumi hava limanı isə 524 068 sərnişinə xidmət edib. Bu ilin ilk doqquz ayında Gürcüstanda hava nəqliyyatı ilə daşınan yüklərin həcmi isə 18 507,7 ton təşkil edib ki, bu, illik müqayisədə 380,1 ton və ya 2% azdır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989