Haqqımızda Reklam
10 
Okt
2019
15:21
4
1
303

XİN rəhbəri: "Baş nazirin ilk səfərini Azərbaycana etməsi böyük əhəmiyyət kəsb edir"

"Baş nazir Giorgi Qaxarianın ilk səfərini qonşu və strateji tərəfdaş olan Azərbaycana etməsi böyük əhəmiyyət kəsb edir". 24News.ge xəbər verir ki, bu barədə xarici işlər naziri David Zalkaliani bildirib. Nazirin sözlərinə görə, bu səfər həmçinin beynəlxalq əhəmiyyət daşıyıb: "Bu səfər göstərir ki, Gürcüstan əsas strateji tərəfdaşla münasibətlərin gücləndirilməsinə necə böyük önəm verir. Səfər çərçivəsində ikitərəfli münasibətlər müzakirə olunub və regiondakı vəziyyət, geosiyasi əhəmiyyət kəsb edən, olduqca uğurlu nəqliyyat və infrastruktur layihələri də nəzərdən keçirilib".

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989