Haqqımızda Reklam
10 
Okt
2019
13:30
9
9
3092

Son dəqiqə! Marneulidə odlu silahla gənci yaraladılar (FOTO)

Bu gün saat 13:00 radələrində Marneuli şəhərinin Rustaveli küçəsindəki çayxanaların birində silahla bir nəfər gənci yaralayıblar. 24News.ge'nin hadisə yerindən müxbirinin verdiyi məlumata görə, çayxanada əyləşən gənclər arasında mübahisə baş verib və sonda əsəblərini cilovlaya bilməyən gənc o birinə odlu silahdan 3 dəfə atəş açaraq ayağından yaralayıb. 3 dəfə silahla qarşısındakına atəş açmasına baxmayaraq sadəcə açılan güllənin biri ayaqına təsadüf edib. Hadisə yerinə təcili yardım və polis əməkdaşları gəliblər. Şahidlərin sözlərinə görə, hadisəni törədən şəxs qaçaraq uzaqlaşıb. Zərərçəkən təcili olaraq xəstəxanaya yerləşdirilib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989