Haqqımızda Reklam
10 
Okt
2019
12:21
0
2
308

Yol qəzası bu dəfə 15 yaşlı qızın canını aldı

Gecə saatlarında Qərbi Gürcüstanda, Batumi-Kobuleti yolunda ağır avtomobil qəzası meydana gəlib. 24News.ge yerli mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində iki minik avtomobili toqquşub və nəticədə avtomobillərin birində olan 15 yaşlı qız həyatın itirib. Məlumata əsasən, avtomobillərin birində olan 2 yaşlı uşaq və sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar dərhal yaxınlarda yerləşən xəstəxanalardan birinə çatdırılıb. Faktla əlaqədar Daxili İşlər Nazirliyi (DİN) Cinayət Məcəlləsinin 267-ci maddəsinin 6-cı bəndi əsasında istintaq başladıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989