Haqqımızda Reklam
10 
Okt
2019
11:01
2
3
671

Baş nazir: "David Qareci sabahdan etibarən gürcü din adamları üçün açılacaq"

"David Qareci (Keşikçi Dağ) məbəd kompleksinin kilsələri sabahdan etibarən gürcü din adamları üçün açılacaq". 24News.ge xəbər verir ki, bu sözləri baş nazir Giorgi Qaxaria Azərbaycana etdiyi səfərin yekunlarına həsr olunmuş hökumət iclasında bildirib. Hökümət başçısının sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı David Qareci məsələsinə də toxunulub. "David Qareci monastır kompleksi kimi vacib bir məsələni müzakirə etməkdən yan keçə bilməzdik. Hamımız xatırlayırıq ki, təəssüf ki, Gürcüstanla Azərbaycan arasındakı sərhəddə bəzi hissələr qurulmamışdır, bu bizim postsovet irsimizdir və bu problem 25 ildə həll olunmadı. Azərbaycan Prezidenti dedi ki, bizi birləşdirən bir tariximiz və coğrafiyamız var və təbii ki, dost və tərəfdaşları coğrafiya ve tarix ayırmır, əksinə birləşdirir bununla isə tam razıyam",-deyə G.Qaxaria qeyd edib G.Qaxaria deyib ki, Bu təməlin üzərində cari problemlər barədə tamamilə açıq söhbətimiz oldu: "Nəticədə sizə deyə bilərəm ki, David Qareci kompleksinin kilsələri sabahdan etibarən gürcü din adamları üçün açılacaqdır, buna görə də bu istiqamətdə ciddi irəliləməliyik".

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989