Haqqımızda Reklam
10 
Okt
2019
10:00
2
0
211

XİN Cenevrə danışıqlarının 49-cu raundu ilə əlaqədar bəyanat yayır

Xarici İşlər Nazirliyi (XİN) Cenevrə Beynəlxalq danışıqlarının 49-cu raundu ilə əlaqədar bəyanat yayır. 24News.ge XİN-ə istinadən xəbər verir ki, danışıqlar prosesində işğal xətti yaxınlığında yerləşən və Gürcüstanın nəzarəti altında olan Çorçana kəndi yaxınlığında işğalçı rejim tərəfindən atılmış qeyri-qanuni addımlar əsas müzakirə mövzusu olub. Gürcüstan tərəfi sözü gedən ərazidə vəziyyətin nəzarət altına alınmasının və Rusiya tərəfin destruktiv addımlardan yayınmasının önəmini və vacibliyini qeyd edib. Görüşdə Abxaziya və Çxinvali bölgələrinin faktiki işğalı və aneksiyası məsələsinə diqqət çəkilərək, münaqişənin yaratdığı problemlər vurğulanıb. Gürcüstan tərəfi de-facto Çxinvali rejiminin dırnaqarası sərhədlərini müvəqqəti bağlaması və bunun yerli əhaliyə olan ciddi təsirini dilə gətiriblər. Bundan əlavə, de-facto Abxaziya rejiminin dırnaqarası sərhəd keçid məntəqələrində yerli əhali üçün yaratdığı çətinliklərə də diqqət yönəldilib. Daha bir önəmli müzakirə mövzusu işğal altında olan Qali və Axalqori ərazilərində etnik diskriminasiya və sıxışdırılma halları olub. Görüşdə Gürcüstan nümayəndəliyi Davit Başaruli, Qiqa Otxozolia və Arçil Tatunaşvilinin qətlləri ilə əlaqədar hüquqi tədbirlərin görülməsinin vacibliyi ifadə edilib. Məlumatda bildirilib ki, ənənəvi olaraq gücdən istifadə etməməyin önəmi vurğulanıb: "Gürcüstan tərəfi Rusiya Federasiyasına 2008-ci ilin avqust ayında götürdüyü öhdəlikləri yerinə yetirməyi səsləyib. Qeyd edilib ki, Rus ordusunun Gürcüstanın işğal altındakı ərazilərində hərbi qüvvələrinin mövcud olmasının Gürcüsyana qarşı güc tətbiq etmək anlamına gəlir". Danışıqların daha bir önəmli mövzusu işğal altındakı ərazilərdən etnik tənzimlənmə nəticəsində məcburi köç etmiş qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtma məsələsi olub. Avropa İttifaqı, BMT, ABŞ və Gürcüstan nümayəndələri Cenevrə formatında bu məsələnin müzakirəsi və müvafiq nəticənin əldə edilməsinin önəmi qeyd olunub. Danışıqların növbəti mərhələsi 10-11 dekabr tarixlərində keçiriləcək. Qeyd edək ki, Cenevrə Beynəlxalq danışıqları 2008-ci ilin 12 avqust tarixindən Gürcüstanın işğal olunmuş əraziləri məsələsinin nizama salınması və konfliktin həlli yollarının tapılması üçün fəaliyyət göstərir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989