Haqqımızda Reklam
10 
Okt
2019
09:31
1
0
327

Saqarecoda Azərbaycandilli məktəbdə şagirdlər arasında zəhərlənmə olub

Saqareco rayonunun Ləmbəli kəndində şagirdlər arasında zəhərlənmə olub. 24News.ge xəbər verir ki, kənd məktəbinin 6-cı sinfinin 7 şagirdi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Yeniyemtələr məktəb yaxınlığında yerləşən mağazadan limonad və kətə alıblar. Qida qəbulundan sonra onlar özlərini pis hiss ediblər. Məktəb rəhbərliyi təcili tibbi yardım çağırıb. Xəstəxanadan bildirilib ki, 11 yaşlı məktəblilərin vəziyyəti qənaətbəxş olub və detoksikasiya proseduru başa çatdırılandan sonra onlar evə yazılıblar.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989