Haqqımızda Reklam
09 
Okt
2019
17:00
1
3
958

Deputat tərəfindən seksual təzyiqə məruz qaldığını iddia edən bələdiyyə əməkdaşı kameralar qarşısına çıxıb

Paytaxt Tbilisinin İsani rayon bələdiyyəsinin əməkdaşı Tamta Todadze həmin rayonunun bələdiyyə məclisi deputatı İlia Gişkariani tərəfindən fiziki və seksual təzyiqə məruz qaldığını iddia edir. 24News.ge-nin məlumatına görə, bir neçə gün əvvəl Tbilisinin İsani rayon bələdiyyəsinin əməkdaşı Tamta Todadze həmin rayonun Bələdiyyə deputatı İlia Gişkariani tərəfindən fiziki və seksual təzyiqə məruz qaldığını ifadə edib və yenidən mediaya müsahibə verib. Onun sizlərinə görə, həqiqəti sübüt etmək çətin olmayacaq və bələdiyyə deputatının ilkin həbsini və mandatının əlindən alınmasını tələb edəcəm. Sözü gedən məsələ ölkə ictimaiyyətində böyük qınağa sabəb olub. Dünən Prokurorluq T.Todadze tərəfindən fiziki və seksual təzyiqdə ittiham edilən bələdiyyə deputatı İ.Gişkarianini dindirib. Məsələ ilə əlaqədar artıq istintaq başlayıb və məhkəmə T.Todadzeni zərərçəkən olduğunu qeyd edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989