Haqqımızda Reklam
09 
Okt
2019
15:36
8
1
1173

Giorgi Qaxaria: "Dosta və düşmənə sübut edirik ki, Azərbaycan ilə Gürcüstan arasında qardaşlıq və mehribanlıqla həll edilə bilməyən məsələ yoxdur"

"İlk səfərimi Azərbaycan Respublikasına etməyim təsadüfi deyil. Əminəm ki, bu görüşümüzlə dosta və düşmənə bir daha sübut edirik ki, Azərbaycan ilə Gürcüstan arasında qardaşlıq və mehribanlıqla həll edilə bilməyən məsələ yoxdur". 24News.ge xəbər verir ki, bu sözləri Azərbaycanda rəsmi səfərdə olan Baş nazir Giorgi Qaxaria bu ölkənin Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib. Hökümət başçısı qeyd edib ki, Azərbaycan və Gürcüstan yaxın dost və regional parntyordurlar, bizim partnyorluğumuz həqiqətən regional əhəmiyyəti keçərək beynəlxalq səviyyəyə yüksəlib: "Baş nazir səviyyəsində ilk səfərimi Azərbaycan Respublikasına etməyim təsadüfi deyil. Əminəm ki, bu görüşümüzlə dosta və düşmənə bir daha sübut edirik ki, Azərbaycan ilə Gürcüstan arasında qardaşlıq və mehribanlıqla həll edilə bilməyən məsələ yoxdur".

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989