08 Okt 2019 15:09 3 1 320 yuxarı Baş nazir Giorgi Qaxaria ilk səfərini sabah Azərbaycana edəcək Baş nazir Giorgi Qaxaria oktyabrın 9-da Azərbaycana rəsmi səfər edəcək. 24News.ge xəbər verir ki, Azərbaycana səfər Giorgi Qaxarianın baş nazir vəzifəsində ilk xarici səfəri olacaq. Hökumət başçısı Azərbaycanda bir sıra görüşlər keçirəcək. Görüşlərdə Gürcüstan-Azərbaycan münasibətləri və ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsi ilə bağlı müzakirələr aparılacaq. Baş nazirin mətbuat xidmətinin yaydığı məlumata əsasən, G.Qaxarianın baş nazir kimi ilk səfərləri qonşu ölkələrə olacaq: "Baş nazir ilk olaraq Gürcüstan üçün xarici siyasət və ticari-iqtisadi sahələrdə böyük əhəmiyyət kəsb edən tərəfdaş ölkələrə səfər edəcək". Azərbaycandan sonra hökumət başçısının Ermənistan, daha sonra isə Türkiyəyə səfərləri planlaşdırılıb. Qeyd edək ki, G.Qaxaria bu ilin sentyabrın 8-də ölkənin baş naziri təyin olunub. www.24news.ge