Haqqımızda Reklam
08 
Okt
2019
09:20
6
0
1138

Tbilisi-Sadaxlı magistralında avtomobil qəzası baş verib (FOTO)

Bu gün Marneuli rayon Şulaveri yolunda avtomobil qəzası baş verib. 24News.ge xəbər verir ki qəza hadisəsi səhər saat 8:00 radələrində baş verib. Şahidlərin 24news.ge xəbər portalına verdiyi məlumata görə, qəza nəticəsində iki avtomobil toqquşub sürücülər yüngül xəsarətlər alıblar. Qəza hadisəsində hər ikisi Gürcüstan dövlət nömrə nişanlı olan Mercedes markalı avtomobil və Ford markalı avtomobillər toqquşub. Şahidlərin verdiyi məlumata görə, hadisə Ford markalı aftomobilin ötmə əməliyyatını yerinə yetirərkən baş verib. Hadisə yerinə polis patrul xidməti cəlb olunub hadisə ilə bağlı araşdırma aparılıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989