Haqqımızda Reklam
09 
Iyn
2026
11:58
19
4
237

Əcnəbi vətəndaşların Gürcüstandan kütləvi deportasiyası davam edir (VİDEO)

Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və nazirliyin digər müvafiq strukturlarının birgə koordinasiyası ilə son günlər ərzində həyata keçirilən kompleks tədbirlər nəticəsində ölkədən 84 əcnəbi vətəndaş deportasiya edilib. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, deportasiya olunan şəxslər Türkiyə, Türkmənistan, Hindistan, Çin, Misir, Azərbaycan, Keniya, Rusiya, Nigeriya, İraq, Kuba, Livan, Pakistan, Cənubi Afrika, Somali və digər ölkələrin vətəndaşlarıdır. İstintaq zamanı müəyyən edilib ki, saxlanılan şəxslər “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanuna əsasən ölkədə qanuni əsas olmadan qalıblar. Onlar sığınacaq proseduru çərçivəsində nəzərdə tutulan müddətlərdən sui-istifadə edərək illərlə ölkədə qanunsuz yaşayıblar. Nazirlik bildirib ki, qüvvədə olan qanunvericiliyə əsasən həmin şəxslərin Gürcüstana girişi qadağan edilib.

www.24news.ge