Haqqımızda Reklam
17 
May
2026
17:57
19
5
431

Marneulidə moda və mədəniyyət tədbiri təşkil olunub (FOTO)

“Azərbaycan Evi”ndə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşkilati dəstəyi və “FASHION Art B” Model-Balet Məktəbinin təşəbbüsü ilə defile proqramı keçirilib. 24News.ge xəbər verir ki, tədbir çərçivəsində balet nömrələri təqdim olunub, uşaq geyim kolleksiyaları və “Dress Marneuli” mağazasına məxsus geyimlər nümayiş etdirilib. Gecədə gürcü milli geyimlərinə həsr olunan təqdimat da yer alıb. Modellər “Modus” kollecinin Marneuli filialının moda texnologiyası və dizayn proqramının rəhbəri Lika Kvaratsxelianın hazırladığı kolleksiyanı nümayiş etdiriblər. Tədbirdə “Dideba” ansamblının xoreoqrafları gürcü milli rəqsləri ilə çıxış edib, Saimerlo kənd ictimai məktəbinin şagirdləri isə musiqi nömrələri təqdim ediblər. Sonda “Modus” kollec ilə “FASHION Art B” Model-Balet Məktəbi arasında əməkdaşlıq memorandumu imzalanıb.

www.24news.ge