Haqqımızda Reklam
17 
May
2026
12:16
16
37
4126

Marneulidə xəbərdarlıq edilmədən yağ dəyişmə məntəqələrinə kütləvi cərimələr tətbiq olunub

Bu gün, 17 may tarixində, Ətraf Mühitin Mühafizəsinə Nəzarət Departamentinin əməkdaşları Marneulidə bir sıra yağ dəyişmə obyektlərini cərimələyiblər. 24News.ge xəbər portalına məlumat verən obyekt sahiblərinin sözlərinə görə, qurumun əməkdaşları heç bir xəbərdarlıq etmədən obyektlərə gələrək cərimələr tətbiq ediblər. Obyekt sahiblərindən biri müsahibəsində bildirib: “Səhər saatlarında nazirliyin əməkdaşları gəlib bizdən soruşdular ki, avtomobillərdən çıxarılan yağlardan necə istifadə edirsiniz. Biz də onlara dedik ki, yağları qablarda toplayırıq, kimə lazım olursa veririk və istifadə edirlər. Onlar isə bildirdilər ki, işlənmiş yağların ətraf mühitə atılması zərərlidir və buna görə həmin tullantı yağları xüsusi şirkətlərə təhvil verməliyik. Bundan əlavə, avtomobillərdən çıxarılan filtrlərin də təhvil verilməli olduğunu dedilər. Daha sonra qaydanı pozduğumuz üçün akt tərtib etdilər. Cəriməni məhkəmənin təyin edəcəyini, 2 min lariyə qədər cərimə tətbiq oluna biləcəyini bildirdilər.” Obyekt sahibləri bildiriblər ki, Ətraf Mühitin Mühafizəsinə Nəzarət Departamentinin əməkdaşları səhər saatlarından etibarən bir sıra obyektlərin qarşısında dayanaraq sahibkarların fəaliyyətinə ciddi maneələr yaradırlar.

www.24news.ge