Haqqımızda Reklam
06 
May
2026
22:16
13
42
6155

Marneulidə baş verən qəza hadisəsi ölümlə nəticələnib

Bu gün, mayın 6-da İkinci Kosalı–Marneuli yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər həyatını itirib. 24News.ge xəbər portalına daxil olan məlumata əsasən, “Opel” markalı avtomobilin sürücüsü — İkinci Kosalı kənd sakini Rasim Məmmədov qəfil idarəetməni itirərək işıq dirəyinə çırpılıb. Hadisə zamanı ağır xəsarət alan 52 yaşlı Rasim Məmmədovun təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılarkən yolda vəfat etdiyi bildirilir. Qəzanın baş verdiyi əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

www.24news.ge