Haqqımızda Reklam
06 
May
2026
17:15
6
15
4874

Üzüm bağında 36 yaşlı şəxs qətlə yetirilib

Qurcaani bələdiyyəsinin Kardenaxi kəndində 36 yaşlı kişi qətlə yetirilib. 24News.ge xəbər verir ki, yerli sakinlərin verdiyi məlumata görə, kişi kəndin yaxınlığındakı üzüm bağında ölü halda tapılıb. Onun cəsədinə baxış zamanı bədənində odlu silahdan açılan atəş nəticəsində yaranmış yara izləri aşkarlanıb. Sakinlər bildirirlər ki, hadisə bir neçə gün əvvəl başlayan münaqişə ilə əlaqəli ola bilər. Lakin qətlin dəqiq səbəbi hələlik məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə (qəsdən adamöldürmə) cinayət işi başlanıb, araşdırma aparılır.

www.24news.ge