Haqqımızda Reklam
17 
Apr
2026
13:51
4
11
618

Baş nazir Türkiyədə deyib: "Görkəmli liderlərin çatışmazlığı dünya siyasətinin əsas problemlərindən biridir"

Baş nazir İrakli Kobaxidze liderliyin olmamasını müasir dünya siyasətinin əsas problemlərindən biri hesab edir. 24News.ge xəbər verir ki, o bunu Antalya Diplomatiya Forumu çərçivəsindəki panel sessiyada bəyan edib. "İlk növbədə, deməliyəm ki, liderliyin olmaması və görkəmli liderlərin çatışmazlığı müasir dünya siyasətinin əsas problemlərindən biridir. Əlbəttə, istisnalar olur. Türkiyə belə bir istisnadır. Hörmətli panel iştirakçıları da istisnadır, lakin bu, ümumi mənzərəni əks etdirmir". Kobaxidze vurğulayıb ki, ümumilikdə vəziyyət "çox da pozitiv görünmür", bir sıra hallarda isə siyasi liderliyin formalaşması prosesinin təhrif olunması təəssüratı yaranır: "Sanki liderlərin formalaşmasına cavabdeh olmalı olan siyasi sistemin əvəzinə, hansısa bir pisniyyətli HR-menecer müxtəlif ölkələrdə liderləri seçir", - deyə Kobaxidze qeyd edib. O bildirib ki, mövcud beynəlxalq sistem dünya siyasətində daha çox əhəmiyyətli liderlərin olduğu sistemdən fərqlənir. Baş nazirin sözlərinə görə, bu gün liderlərin dialoqa, əməkdaşlığa və dövlətlər arasında əlaqələrin möhkəmləndirilməsinə diqqət yetirməsi ən mühüm vəzifə olmalıdır.

www.24news.ge