Haqqımızda Reklam
16 
Apr
2026
23:26
22
10
346

Baş nazir Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyəyə yola düşüb

Baş nazir İrakli Kobaxidze Antalya Diplomatiya Forumunda iştirak edəcək. 24News.ge xəbər verir ki, bu barədə məlumatı Hökumət Administrasiyası yayıb. Mətbuat xidmətinin verdiyi məlumata görə, hökumət başçısı 17 aprel tarixində Antalya Diplomacy Forum açılış sessiyasında iştirak edəcək. Həmçinin, İrakli Kobaxidze liderlərin panel müzakirəsində çıxış edəcək. Panelin əsas mövzusu “Gələcəyin müəyyənləşdirilməsi və risklərin idarə olunması” olacaq. Səfər çərçivəsində Baş nazirin bir sıra ikitərəfli görüşlər keçirməsi də planlaşdırılır. Gürcüstan hökumətinin başçısı Antalyaya nümayəndə heyəti ilə birlikdə yola düşüb. Nümayəndə heyətinin tərkibinə xarici işlər naziri Maka Boçorişvili və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani daxildir.

www.24news.ge