Haqqımızda Reklam
09 
Mar
2026
14:04
23
4
2413

Marneuli meriyasında dələduzluğa cəhd faktı üzrə saxlanılan var

Marneuli bələdiyyəsində külli miqdarda dələduzluğa cəhd faktı ilə bağlı meriyanın inzibati xidmətinin bir əməkdaşı və bir vətəndaş cinayət məsuliyyətinə cəlb olunub. 24News.ge xəbər verir ki, məlumatı Dövlət Təhlükəsizlik Xidməti yayıb. Məlumata görə, şübhəli şəxslər Marneuli bələdiyyəsində yerləşən 20 000 kvadratmetr torpaq sahəsini bir neçə hissəyə bölmək və ayırmaq işinin meriyada müsbət həll olunacağı vədi ilə vətəndaşdan 60 000 ABŞ dolları tələb ediblər. Onlar bu məbləğin 5 000 ABŞ dollarını əvvəlcədən alıblar. Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 19-cu maddəsi, 180-ci maddənin 2-ci hissəsinin “a” bəndi və 3-cü hissəsinin “b” bəndi ilə aparılır. Qeyd olunan maddələr üzrə 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

www.24news.ge