Haqqımızda Reklam
09 
Mar
2026
05:38
14
25
1265

İranın yeni ali liderinin adı açıqlanıb

Müctəba Xamenei ölkənin yeni ali lideri seçilib 24News.ge "Tasnim" agentliyinə isitnadən xəbər verir ki, Ekspertlər Şurası yeni ali lideri martın 8-də səhər saatlarında seçib. Şura üzvlərindən Məhəmməd Mehdi Mirbaqeri ekspertlərin namizəd üzərində razılığa gəldiyini daha əvvəl açıqlamışdı. 56 yaşlı Müctəba Xamenei Ruhulla Xomeyni və ƏIi Xameneidən sonra İranın üçüncü ali lideri olub İranın sabiq dini lideri Əli Xameneinin oğlu Müctəba Xamenei 1969-cu (bəzi mənbələrdə 1968) ildə İranın Məşhəd şəhərində anadan olub. Qum şəhərində dini təhsil alıb, şiə ilahiyyatı üzrə klassik hövzə (dini seminariya) sistemində yetişib. İran siyasi sistemində rəsmi dövlət vəzifəsi tutmasa da, uzun illər ölkənin siyasi və təhlükəsizlik strukturlarına təsir edən fiqurdur. O, atasının siyasi şəbəkəsinə yaxın şəxslərlə əlaqələri koordinasiya edən şəxslərdən biri olub. Bəzi ekspertlər Müctəba Xameneinin İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə yaxın əlaqələrə malik olduğunu qeyd edirlər. Bu əlaqələrin onun ölkə daxilində siyasi təsir imkanlarını artırdığı bildirilir. Müctəba Xamenei ictimaiyyət qarşısında nadir hallarda görünür və mediada çox az çıxış edir. Onun şəxsi həyatı və fəaliyyəti barədə məlumatlar məhduddur, buna görə də o, İran siyasətində ən qapalı fiqurlardan biri hesab olunur.

www.24news.ge