Haqqımızda Reklam
03 
Mar
2026
13:17
10
12
2184

Yol hərəkəti qaydalarında yeni nişan və cərimələr tətbiq olunacaq

“Yanğın hidrantı yanında dayanmaq qadağandır” adlı yol nişanlarına yeni nişan əlavə olunacaq. Bu nişana əməl etməyən sürücülər 200 lari cərimələnəcək. 24News.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə hazırlanan dəyişikliklər “İnzibati Xətalar Məcəlləsi” və “Yol Hərəkəti haqqında” qanuna əlavə olunub. Qanunvericilik paketinin qüvvəyə minməsi ilə yol-nəqliyyat qaydalarını pozmaqla bağlı cərimələr artırılacaq və məsuliyyət sərtləşdiriləcək. Əsas yeniliklər bunlardır: Tbilisi şəhərində N2 və N3 kateqoriyalı yük maşınlarının, əgər təyinat yeri Tbilisi deyilsə, hərəkəti 500 lari, səkidə hərəkət etməsi isə 200 lari cərimə ilə nəticələnəcək. “Dayanmaq qadağandır” və “Durmaq qadağandır” nişanlarına əməl etməmək Tbilisi, Kutaisi, Batumi, Mtsxeta, Rustavi, Poti, Zugdidi, Axalçixa, Ozurgeti və kurort şəhərlərində 50 lari cərimə ilə nəticələnəcək. M3, N2, N3 və T kateqoriyalı nəqliyyat vasitələrinə də eyni cərimə tətbiq olunacaq. Səkidə və ya piyada keçidində dayanmaq-durmaq Tbilisi, Kutaisi, Batumi, Mtsxeta, Rustavi, Qori, Telavi, Poti, Zugdidi, Axalçixa, Ozurgeti və kurort şəhərlərində 100 lari, digər şəhərlərdə isə 10 lari cərimə ilə nəticələnəcək. Marşrut nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş xüsusi zolaqda (BUS LANE) digər nəqliyyat vasitələrinin dayanması və ya hərəkəti 200 lari cərimə ilə nəticələnəcək. Qəsdən sürüşdürmə, dairəvi dönmə (drift) və bunun nəticəsində ziyan törətmək 500 lari cərimə və nəqliyyat vasitəsini idarə etmək hüququnun 6 ay müddətinə dayandırılması ilə nəticələnəcək.

www.24news.ge