Haqqımızda Reklam
07 
Fev
2026
15:31
57
9
842

Ramil İskəndərov və Emil İsmayılov boks üzrə Gürcüstan çempionu adını qazanıblar

Tbilisidə keçirilən boks üzrə Gürcüstan çempionatında Ramil İskəndərov və Emil İsmayılov Gürcüstan çempionu adına layiq görülüblər. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Boks Federasiyası məlumat yayıb. Bildirilir ki, Dmanisidən olan boksçu Ramil İskəndərov 90+ kq çəki dərəcəsinin final görüşündə Emir Vazagovu məğlub edərək ölkə çempionu olub. Qardabanidən olan boksçu Emil İsmayılov isə 55 kq çəki dərəcəsinin final görüşündə Giorgi Kilasoniyanı məğlub edərək çempion titulunu qazanıb.

www.24news.ge