Haqqımızda Reklam
07 
Fev
2026
12:19
19
26
357

"Gürcüstan Avropada iqtisadi artım göstəricilərinə görə liderdir" – Baş nazir

"Ölkəmizdə iqtisadi fəaliyyətlər üçün uyğun mühit mövcuddur. Gürcüstanda uyğun iqtisadi siyasət, qanunvericilik və aşağı vergilər mövcuddur". 24News.ge xəbər verir ki, bu sözləri Baş nazir İrakli Kobaxidze jurnalistlərə müsahibəsində deyib. “Son 5 il ərzində Gürcüstan Avropada iqtisadi artım göstəricilərinə görə ən yüksək nəticəyə nail olub – orta hesabla 9,3% artım qeydə alınıb. Bu müddət ərzində digər Avropa ölkələrində belə göstərici olmayıb. Bütün bunlar Gürcüstanın reytinqlərdə yüksək mövqelərini qorumasına imkan verir”, – deyə Baş nazir qeyd edib. Məlumat üçün bildirək ki, 2026-cı il fevralın 6-da, kredit reytinq agentliyi "S&P Global" Gürcüstanın iqdisadi reytinqini qiymətləndirib və onu dəyişməz saxlayaraq BB səviyyəsində qeyd edib.

www.24news.ge