Haqqımızda Reklam
04 
Fev
2026
20:38
30
5
4144

Azərbaycanlı iş adamı Gürcüstanda saxlanılıb

Azərbaycanlı tanınmış iş adamı Şəmsi Səmədzadə Gürcüstanda saxlanılıb. 24News.ge xəbər verir ki, məlumatı Şəmsi Səmədzadənin ailəsi təsdiqləyib. Məlumata görə, iş adamı Gürcüstan polisi tərəfindən mal-qara oğurluğunda ittiham olunur. Bildirilir ki, Şəmsi Səmədzadə və oğlu Niyazi Səmədzadə gecə saatlarında 10 baş iribuynuzlu heyvanı oğurlayarkən yaxalanıblar. Azərbaycanlı iş adamı və oğlu yaxın günlərdə məhkəməyə çıxarılacaq. Qeyd edək ki, oğurluq hadisəsinin hansı şəraitdə və Gürcüstanın hansı bölgəsində baş verdiyi barədə hələlik məlumat verilmir. Xatırladaq ki, Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış sahibkar olub. O, 2000-ci ildə, 36 yaşında həbs edilərək ömürlük azadlıqdan məhrum edilib. Şəmsi Səmədzadə Prezidentin əfv sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılıb.

www.24news.ge