Haqqımızda Reklam
27 
Yan
2026
23:14
33
75
8334

Qardabanidə dəhşətli qəza: Avtomobil 16 yaşlı yeniyetməni vuraraq öldürüb

Bu gün axşam saat 23:00 radələrində Qardabani şəhərinin mərkəzi yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 24News.ge xəbər verir ki, qəza zamanı "BMW" markalı avtomobil yolu keçmək istəyən, təxminən 16 yaşlı yeniyetmə qızı vurub. Məlumata əsasən, ağır xəsarətlər alan yeniyetmə hadisə yerində dünyasını dəyişib. Qəzanın baş verdiyi əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

www.24news.ge