Haqqımızda Reklam
10 
Yan
2026
14:04
23
21
801

Marneulidə su təchizatı sisteminin bərpası yanvarın sonunda başa çatdırılması planlaşdırılır

Marneuli şəhərinin Rustaveli küçəsində su təchizatı sisteminin bərpası işləri davam etdirilir. 24News.ge xəbər verir ki, bərpa işləri şəhərin mərkəzi küçələrində mərhələli şəkildə aparılır. Layihənin idarə edilməsi departamentinin rəhbəri Aleksandre Zabaxidzenin sözlərinə görə, işlərin əsas hissəsi artıq tamamlanıb və hazırda layihə üzrə son mərhələ icra olunur. Məlumata əsasən, son mərhələdə boruların birləşdirilməsi, eləcə də qazılan yol sahələrinin asfaltlaşdırılması həyata keçirilir. Bildirilib ki, bərpa işlərinin yanvar ayının sonunadək başa çatdırılması planlaşdırılır. Qeyd edək ki, daha əvvəl görülən işlərin dekabr ayının sonuna qədər tamamlanacağı açıqlanmışdı.

www.24news.ge