Haqqımızda Reklam
13 
Dek
2025
18:00
12
7
1800

Qardabanidə yüzlərlə şagirdin bilik almaq üçün yolu bu mərkəzdən keçir (VİDEO)

Qardabani Təhsil və İnteqrasiya Mərkəzi artıq bir neçə ildir ki, öz fəaliyyətini uğurla davam etdirir. 24News.ge xəbər verir ki, hər il yüzlərlə yerli və ətraf kəndlərdə yaşayan məktəblilər Mərkəzdə keçirilən dərslərdən, tədbirlərdən və təlimlərdən aktiv şəkildə yararlanırlar. Mərkəzin Azərbaycan dili və ədəbiyyatı müəllimi Sevda Şahverdiyeva 24News xəbər portalına verdiyi müsahibəsində şagirdlərə keçirilən dərs prosesi barədə məlumat verib. O, Azərbaycan dili və ədəbiyyat dərslərində iştirak edən məktəblilərin xarici dilləri daha asanlıqla öyrəndiklərini qeyd edib. Müəllimlər şagirdlərin dərslərə marağının artırılması üçün müxtəlif metodlardan istifadə etdiklərini də qeyd ediblər. Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin fəaliyyətindən yararlanan şagirdlər isə Mərkəzdə məktəbdən əlavə biliklər öyrəndiklərini və burada təşkil olunan dərsdənkənar tədbirlərdən məmnun olduqlarını bildirirlər. Onu da qeyd edək ki, Qardabani Təhsil və İnteqrasiya Mərkəzi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə fəaliyyət göstərir. Mövzu ilə bağlı daha ətraflı reportajı xəbər portalımızın Qardabani bölgəsi üzrə xüsusi müxbirlərinin hazırladığı materialda təqdim edirik:

www.24news.ge