Haqqımızda Reklam
10 
Okt
2025
15:17
38
23
10564

Polis və hərbçilərin maaşı yenidən artacaq

Hökumət 2026-cı ilin dövlət büdcəsində polis və hərbçilərin maaşını 10 % artırır. 24News.ge xəbər verir ki, ölkə parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsi sözügedən artımın nəzərdə tutulduğu 2026-cı il dövlət büdcəsi layihəsini dəstəkləyib. Belə ki, gələn il Müdafiə və Daxili İşlər nazirlikləri, eləcə də Dövlət Təhlükəsizlik Xidməti üçün 3,5 milyard laridən çox vəsait ayrılacaq. Büdcəyə əsasən Müdafiə Nazirliyi – 1,8 milyard lari, Daxili İşlər Nazirliyi – 1,47 milyard lari, Dövlət Təhlükəsizlik Xidməti – 265 milyon lari nəzərdə tutulub. Məlumat üçün bildirək ki, son 3 ildə əsgər və polislərin maaşları 45%, dövlət qulluqçularının maaşları isə 30%-dən çox artıb. Bu il, yəni cari ildə polis və hərbçilərin maaşı 10% artırılıb.

www.24news.ge